"Neftçi" - "Qalatasaray" matçının stadionu dəyişdirildi

11 Sentyabr 2020 17:10 Avropa Liqası 877
"Neftçi" - "Qalatasaray" matçının stadionu dəyişdirildi

"Neftçi" və "Qalatasaray" arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin matçının stadionu dəyişdirilib.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi "Bakcell Arena"da olmayacaq.

Matç Bakı Olimpiya Stadionunda (BOS) baş tutacaq. Bununla bağlı hər iki klubun arasında razılıq əldə olunduqdan sonra UEFA-ya müraciət edilib.

Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq, oyunun həmin arenada keçirilməsinə razılıq verib.

Sentyabrın 17-də keçiriləcək görüş saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti