Avroliqada həftənin futbolçusu adına namizədlər - FOTO

13 Mart 2020 14:22 Avropa Liqası 821
Avroliqada həftənin futbolçusu adına namizədlər - FOTO

Sportinfo.az xəbər verir ki, Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

1/8 final mərhələsinin ilk oyunlarından sonra bu ada İsveçrə "Bazel"indən Samuele Kampo, Almaniya "Bayer"indən (Leverkuzen) Çarles Aranqis, Ukrayna "Şaxtyor"undan Markos Antonio və İngiltərə "Mançester Yunayted"indən Odion İqalo iddia edirlər.

Kampo Almaniyada "Ayntraxt"ı (Frankfurt) 3:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Aranqis Şotlandiyada "Reyncers"ə 3:1 hesabı ilə qalib gəldikləri oyunda qol vurub.

Antonio Almaniyada "Volfsburq"u 1:2 hesabı ilə üstələdikləri matçda qələbə qoluna imza atıb. İqalo isə Avstriyada LASK-ı 5:0 darmadağın etdikləri qarşılaşmada hesabı açıb.

Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək

Digər Xəbərlər
Xəbər Lenti