Renat Dadaşovun klubu Avroliqanın 1/8 finalında - VİDEO

28 Fevral 2020 01:12 Avropa Liqası 960
Renat Dadaşovun klubu Avroliqanın 1/8 finalında - VİDEO

Avropa Liqasında 1/16 finalın cavab oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Vulverhempton" səfərdə "Espanyol"a 2:3 hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, ilk oyunda böyük hesabla qalib gələn İngiltərə klubu 1/8 finala yüksəlib.

Qonaq komandanın baş məşqçisi Nunu Eşpiritu Santu yenə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun xidmətindən yararlanmayıb. 21 yaşlı oyunçu matçın iştirak ərizəsində belə yer almayıb.

"Espanyol" - "Vulverhempton" - 3:2

Qollar: Conatan Kalyeri, 16, 57 (pen.), 90+1 - Adama Traore, 22, Mett Doerti, 79

Digər Xəbərlər
Xəbər Lenti