Dünya şöhrətli məşqçi Bakıdakı hadisəni hələ də unuda bilmir

30 Dekabr 2019 22:30 Avropa Liqası 1 410
Dünya şöhrətli məşqçi Bakıdakı hadisəni hələ də unuda bilmir

“Bakıda “Çelsi”yə qarşı keçirdiyimiz finalın ilk hissəsində taktiki baxımdan yaxşı oynadıq. Fikrimcə, matçda nəzarəti tam şəkildə əlimizə ala bilərdik”.

Sportinfo.az xəbər verir ki, bunu goal.com saytına müsahibəsində “Arsenal”ın sabiq baş məşqçisi Unay Emeri bu il Bakıda Londonun digər təmsilçisi “Çelsi”yə 1:4 hesabı ilə uduzduqları Avropa Liqasının final oyunu haqda danışarkən deyib.

48 yaşlı ispaniyalı mütəxəssisin sözlərinə görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmanın ikinci hissəsində Eden Azarın fəallığı rəqibin qələbəsini təmin edib.

Emeri bildirib ki, “Çelsi”yə məğlubiyyət “Arsenal”ın İngilərə Premyer Liqasında çıxışına da mənfi təsir göstərib və komanda 5-cü yeri tutaraq Çempionlar Liqasından kənar qalıb: “Premyer Liqada sahilə doğru üzsək də, ora çatandan sonra “öldük”.

Unay Emeri noyabrın 29-da uğursuz nəticələrlə əlaqədar “Arsenal”ın baş məşqçi postundan istefaya göndərilib. Onu həmyerlisi Mikel Arteta əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti