“Fənərbaxça” evdə 10 nəfərlə qaldı, “Ferentsvaroş”la heç-heçə etdi

28 Noyabr 2025 00:20 Avropa Liqası 792
“Fənərbaxça” evdə 10 nəfərlə qaldı, “Ferentsvaroş”la heç-heçə etdi

Avropa Liqasının 5-ci turunda “Fənərbaxça” doğma meydanda Macarıstan “Ferentsvaroş”u ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, gərgin keçən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qonaqlar 66-cı dəqiqədə Barnabaş Varqanın baş zərbəsi ilə hesabı açıb. Cəmi 3 dəqiqə sonra Talişka “Fənərbaxça”nın cavab qolunu vuraraq tarazlığı bərpa edib.

İstanbul təmsilçisi 79-cu dəqiqədə qələbə qoluna yaxın olsa da, Neninin zərbəsi dirəkdən qayıdıb. 90+2-ci dəqiqədə isə Con Duran birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bu nəticə ilə “sarı-lacivərdlilər”in xalı 8-ə, “Ferentsvaroş”un isə 11-ə yüksəlib. Türkiyə klubu növbəti turda Norveçdə “Brann”la qarşılaşacaq

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?