Arda Turanın komandası "Beşiktaş"a 4 qol vurdu – Avropa Liqasında NƏTİCƏLƏR

25 İyul 01:10 Avropa Liqası 683
Arda Turanın komandası "Beşiktaş"a 4 qol vurdu – Avropa Liqasında NƏTİCƏLƏR

Avropa Liqasında 2-ci təsnifat mərhələsi start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçirilib.

Türkiyə "Beşiktaş"ı evdə Ukrayna "Şaxtyor"unu sınağa çəkib. Oyun türkiyəli mütəxəssis Arda Turanın çalışdırdığı Donetsk təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu turun "Levski" (Bolqarıstan) və "Braqa" (Portuqaliya) ilə oyunlarının nəticələri Azərbaycan təmsilçisi "Sabah" üçün də əhəmiyyət daşıyır.

Belə ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Petrokub” (Moldova) - “Sabah” cütünün qalibi Avropa Liqasının "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində görüşəcək.

Oyun qolsuz heç-heçə ilə başa çatıb.

21:00. "Banik" (Çexiya) - "Legiya" (Polşa) - 2:2

21:00. "Şerif" (Moldova) - "Utrext" (Niderland) - 1:3

21:30. "Levski" (Bolqarıstan) - "Braqa" (Portuqaliya) - 0:0

21:30. "Midtülland" (Danimarka) - "Hibernian" (Şotlandiya) - 1:1

22:00. "Çelye" (Sloveniya) - AEK (Kipr) - 1:1

22:00. "Anderlext" (Belçika) - "Hakken" (İsveç) - 1:0

22:00. "Beşiktaş" (Türkiyə) - "Şaxtyor" (Ukrayna) - 2:4

22:30. "Luqano" (İsveçrə) - ÇFR (Rumıniya) - 0:0

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!