"Qarabağ"la oyun finala bərabərdir, ikinci yeri tutmaq istəyiriksə...”

26 Oktyabr 2022 17:10 Avropa Liqası 892
"Qarabağ"la oyun finala bərabərdir, ikinci yeri tutmaq istəyiriksə...”

"Bunun final oyunu olduğu aydındır.

İkinci yeri tutmaq istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik".

Sportinfo.az xəbər verir ki, bunu "Nant"ın baş məşqçisi Antuan Kombuare Fransada "Qarabağ"a qarşı keçirəcəklər Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan öncə mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bütün zədəlilərin sıraya qayıtdığını bildirib:

"Nitsa"ya qarşı çempionat matçındakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm.

Futbolçuların həmin görüşə yanaşmasını bəyəndim. Bu, hələ başlanğıcdır. Davamını növbəti oyunlarda gətirməliyik".

Oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti