Mahir “Napoli”yə qol vuracaq? - Avroliqada 2 komanda üçün 1/8 final şansı

4 Noyabr 2021 18:20 Avropa Liqası 977
Mahir “Napoli”yə qol vuracaq? - Avroliqada 2 komanda üçün 1/8 final şansı

Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, 8 qrupda ümumilikdə 16 görüş baş tutacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Legiya" Polşada İtaliya "Napoli"sini qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Hazırda Varşava təmsilçisi 6 xalla C qrupuna başçılıq edir.

Türkiyənin turnirdəki təmsilçilərindən "Qalatasaray" evdə "Lokomotiv" (Moskva) ilə üz-üzə gələcək. "Fənərbağça" isə Belçikada "Antverpen"in qonağı olacaq.

Bu turda 2 komanda 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edə bilər. A qrupunda "Lion" evdə "Sparta"ya (Praqa) H qrupunda isə "Vest Hem"iBelçikada "Genk"ə qalib gələrsə, adını növbəti mərhələyə yazdıracaq.

Avropa Liqasında qrup qalibləri 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Çempionlar Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirirlər.

4 noyabr

A qrupu
21:45. "Bröndbü" (Danimarka) - "Reyncers" (Şotlandiya)
21:45. "Lion" (Fransa) - "Sparta" (Praqa, Çexiya)

Xal durumu: "Lion" - 9, "Sparta" - 4, "Reyncers" - 3, "Bröndbü" - 1.

B qrupu
21:45. "Monako" (Fransa) - PSV (Eyndhoven, Niderland)
21:45. "Real Sosyedad" (İspaniya) - "Şturm" (Qrats, Avstriya)

Xal durumu: "Monako" - 7, "Real Sosyedad" - 5, PSV - 4, "Şturm" - 0.

C qrupu
21:45. "Legiya" (Polşa) - "Napoli" (İtaliya)
00:00. "Lester" (İngiltərə) - "Spartak" (Moskva, Rusiya)

Xal durumu: "Legiya" - 6, "Napoli" - 4, "Lester" - 4, "Spartak" - 3.

D qrupu
21:45. "Olimpiakos" (Yunanıstan) - "Ayntraxt" (Frankfurt, Almaniya)
00:00. "Antverpen" (Belçika) - "Fənərbağça" (Türkiyə)

Xal durumu: "Ayntraxt" - 7, "Olimpiakos" - 6, "Fənərbağça" - 2 , "Antverpen" - 1

E qrupu
21:45. "Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)
00:00. "Marsel" (Fransa) - "Latsio" (İtaliya)

Xal durumu: "Qalatasaray" - 7, "Latsio" - 4, "Marsel" - 3, "Lokomotiv" - 1.

F qrupu
00:00. "Srvena Zvezda" (Belqrad, Serbiya) - "Midtüllan" (Danimarka)
00:00. "Braqa" (Portuqaliya) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan)

Xal durumu: "Srvena Zvezda" - 7, "Braqa" - 6, "Midtüllan" - 2, "Lüdoqorets" - 1.

G qrupu
00:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Betis" (İspaniya)
00:00. "Ferentsvaroş" (Macarıstan) - "Seltik" (Şotlandiya)

Xal durumu: "Bayer" - 7, "Betis" - 7, "Seltik" - 3 "Ferentsvaroş" - 0

H qrupu
21:45. "Genk" (Belçika) - "Vest Hem" (İngiltərə)
00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Rapid" (Vyana, Avstriya)

Xal durumu: "Vest Hem" - 9, "Dinamo" - 3, "Rapid" - 3, "Genk" - 3.

Digər Xəbərlər
Xəbər Lenti