UEFA "Slaviya" və "Arsenal"ı Cüneyt Çakıra tapşırdı

13 Aprel 2021 18:20 Avropa Liqası 488
UEFA "Slaviya" və  "Arsenal"ı Cüneyt Çakıra tapşırdı

Türkiyəli referi Cüneyt Çakır Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, "Slaviya" - "Arsenal" görüşünün baş hakimi olacaq.

C.Çakıra həmyerliləri Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Arda Kardeşlər yerinə yetirəcək.

Sözügedən matç aprelin 15-i keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi