"O, mənim dostum yox, qardaşımdır, bizə çox kömək etdi"

3 Sentyabr 2023 02:30 Atıcılıq 998
"O, mənim dostum yox, qardaşımdır, bizə çox kömək etdi"

“Azərbaycan elə təşkilatçılıq etdi ki, dünya çempionatı çətin ki, bir də bu səviyyədə keçirilsin”.

Sportinfo.az xəbər verir ki, bunu Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (İSSF) baş katibi Villi Qrill Bakıda keçirilən dünya çempionatının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirən İSSF rəsmisi bir neçə diqqətçəkən məqamları xatırladıb:

“Çox sayda dünya çempionatında və 9 olimpiadada iştirak etmişəm. Azərbaycan təşkilatçılıq baxımından birincidir.

Burada 14 dünya rekordu qırıldı. İndiyə qədər mundiallarda bu qədər rekord olmamışdı. Eyni zamanda olimpiadaya 48 lisenziya verildi ki, bu da böyük nailiyyətdir”.

Villi Qrill açılış və bağlanış mərasiminin, eyni zamanda yarışın mükəmməl keçirildiyini söyləyib:

“Buna görə Azərbaycan hökumətinə, Azərbaycan Atıcılıq Federasiyasına təşəkkür edirəm.

Bu, bir nəfərin yox, ümumi komandanın işinin nəticəsidir. Federasiyanın baş katibi Emin Cəfərovun fəaliyyətini xüsusi vurğulamaq istərdim.

O, mənim dostum yox, qardaşımdır, bizə çox kömək etdi. Eyni zamanda könüllülərə təşəkkür edirəm.

30 illik karyeram ərzində gördüyüm ən fəal könüllülər idi. Azərbaycanda, doğma ölkəmdə bağlanış mərasimini etmək mənim üçün çətin oldu”.

Baş katib sonda mətbuat nümayədələrinə də təşəkkür edib: “Sizin burada olmağınız yarışın işıqlandırılması və idman atıcılığının inkişafı baxımından çox vacibdir”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"