Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı müraciət etdilər

7 Mart 2020 15:46 Atıcılıq 701
Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı müraciət etdilər

Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) Beynəlxalq Olimpiya Komitəsindən (IOC) Tokio Yay Olimpiya Oyunları üçün lisenziya müddətinin uzadılmasını istəyib.

Sportinfo.az xəbər verir ki, buna koronavirus infeksiyasının yayılması səbəb olub.

Federasiya 15 - 26 martda Hindistanın paytaxtı Yeni Dehlidəki Dünya Kubokunu təxirə salıb. Olimpiadaya lisenziya xarakterli yarış aprelin 15-də başlayacaq.

ISSF bütün idmançılara eyni imkanın verilməsinin zəruriliyini nəzərə alaraq IOC-dan Almaniyanın Münhen şəhərindəki və Bakıdakı Dünya Kubokunun olimpiadaya lisenziya xarakterli olmasını istəyib.

Bakıda güllə və stend atıcılığı üzrə Dünya Kuboku 22 iyun - 3 iyulda baş tutacaq. Tokio-2020 olimpiadası 24 iyul - 9 avqustda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"