Dünya Kubokunun rəsmi posterini təqdim etdi

18 Aprel 2024 08:30 Atıcılıq 1 064
Dünya Kubokunun rəsmi posterini təqdim etdi

Azərbaycan Atıcılıq Federasiyası Bakıda keçiriləcək stend və güllə atıcılığı üzrə Dünya Kubokunun rəsmi posterini təqdim edib.

Sportinfo.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 1-dən 12-dək ölkəmiz 8-ci dəfə atıcılıq üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.

Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışda 80-dən çox ölkədən 400-dən artıq idmançının və 300-dən çox texniki heyətin iştirakı gözlənilir. Biletləri yaxın günlərdə www.ticket.az saytından əldə etmək mümkün olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM