Azərbaycan komandası daha bir medal qazandı - Almaniyada

23 Mart 2024 00:20 Atıcılıq 847
Azərbaycan komandası daha bir medal qazandı - Almaniyada

Güllə atıcılığı üzrə Azərbaycan milli komandası Almaniyanın Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirində daha bir medal qazanıb.

Sportinfo.az xəbər verir ki, qızlar arasında 25 metr məsafədə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda mübarizə aparan idmançımız Zeynəb Sultanova qızıl medal əldə edib.

Bundan əvvəl yığma 1 qızıl, 2 gümüş və 1 bürünc medalı aktivinə yazdırmağı bacarıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA