Azərbaycanda çempionat başa çatdı, iştirakçılara pul paylandı - FOTOLAR

10 Oktyabr 2023 23:40 Atıcılıq 640
Azərbaycanda çempionat başa çatdı, iştirakçılara pul paylandı - FOTOLAR

Güllə və stend atıcılığı üzrə Azərbaycan Çempionatı uğurla başa çatdı!

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə 4-8 oktyabr tarixlərində Bakı Atıcılıq Mərkəzində güllə və stend atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib.

Ölkənin müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən 100-dən çox idmançı hər iki növ üzrə fərdi və qarışıq komanda yarışlarında mübarizə aparıblar.

Ölkə üzrə güclü atıcıların müəyyənləşdirilməsi, atıcılıq idmanının təbliği və kütləviləşdirilməsi, gənclərin bu idman növünə maraqlarının artırılmasına nail olmaq məqsədi ilə hər il atıcılıq üzrə Azərbaycan çempionatı keçirilir.

Gərgin mübarizə şəraitində keçən final yarışlarından sonra çempionatda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.

Mükafatlandırma mərasimindən sonra ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançılara, hakimlərə və çempionatın uğurla keçirilməsi prosesində iştirak etmiş digər mütəxəssislərə pul mükafatı təqdim edilib.

10m Pnevmatik tapança kişilər arasında qızıl medal - Lunyov Ruslan

10m Pnevmatik tapança kişilər arasında gümüş medal - Astanov Elvin

10m Pnevmatik tapança kişilər arasında bürünc medal - Musayev Hacı

10m Pnevmatik tüfəng kişilər arasında qızıl medal - Xəlilov Ramiz

10m Pnevmatik tüfəng kişilər arasında gümüş medal - Tapdıqlı Üzeyir

10m Pnevmatik tüfəng kişilər arasında bürünc medal - Vəliyev İlkin

25m Kiçik çaplı tapançadan sürətli atəş kişilər arasında qızıl medal - Lunyov Ruslan

25m Kiçik çaplı tapançadan sürətli atəş kişilər arasında gümüş medal – Qarayev İmran

25m Kiçik çaplı tapançadan sürətli atəş kişilər arasında bürünc medal - Astanov Elvin

50m Kiçik çaplı tapança kişilər arasında qızıl medal – Kalmıkov Vladislav

50m Kiçik çaplı tapança kişilər arasında gümüş medal - Musayev Hacı

50m Kiçik çaplı tapança kişilər arasında bürünc medal -Rəhimov Rəhim

10m Pnevmatik tapança qadınlar arasında qızıl medal - Əliyeva Xanna 10m Pnevmatik tapança qadınlar arasında gümüş medal - Qasımova Zərifə

10m Pnevmatik tapança qadınlar arasında bürünc medal - Abbaslı Nəzrin

10m Pnevmatik tüfəng qadınlar arasında qızıl medal - Bayramova Jalə

10m Pnevmatik tüfəng qadınlar arasında gümüş medal - Ramazanova Nigar

10m Pnevmatik tüfəng qadınlar arasında bürünc medal - Əliyeva Nuranə

25m Kiçik çaplı tapançadan sürətli atəş qadınlar arasında qızıl medal – Nəsirova Nigar

25m Kiçik çaplı tapançadan sürətli atəş qadınlar arasında gümüş medal – Qasımova Zərifə

25m Kiçik çaplı tapançadan sürətli atəş qadınlar arasında bürünc medal – Əliyeva Xanna

10m Pnevmatik tapança qarışıq komanda qızıl medal - Lunev Ruslan; Nəsirova Nigar

10m Pnevmatik tapança qarışıq komanda gümüş medal – Musayev Hacı; Əliyeva Xanna

10m Pnevmatik tapança qarışıq komanda bürünc medal – Astanov Elvin; Əliyeva Leyli

10m Pnevmatik tüfəng qarışıq komanda halında qızıl medal - Bayramova Jalə; Xəlilov Ramiz

10m Pnevmatik tüfəng qarışıq komanda halında gümüş medal - Mahmudova Aynur; Tapdıqlı Üzeyir

10m Pnevmatik tüfəng qarışıq komanda halında bürünc medal - Əliyeva Nuranə; Vəliyev İlkin

10m Pnevmatik tapança yeniyetmə oğlanlar arasında qızıl medal - Sultanlı Cəfər

10m Pnevmatik tapança yeniyetmə oğlanlar arasında gümüş medal - Kalmıkov Vladislav

10m Pnevmatik tapança yeniyetmə oğlanlar arasında bürünc medal - Kvokov İlya

10m Pnevmatik tapança yeniyetmə qızlar arasında qızıl medal - Sultanova Zeynəb

10m Pnevmatik tapança yeniyetmə qızlar arasında gümüş medal - Barxalova Sofiya

10m Pnevmatik tapança yeniyetmə qızlar arasında bürünc medal - Ömərova Əminə

10m Pnevmatik tapança yeniyetmələrdən ibarət qarışıq komanda qızıl medal - Sultanova Zeynəb; Sultanlı Cəfər

10m Pnevmatik tapança yeniyetmələrdən ibarət qarışıq komanda gümüş medal - Zəkərəyeva Mədinə; Kerjankin Oleq

10m Pnevmatik tapança yeniyetmələrdən ibarət qarışıq komanda bürünc medal: Əliyeva Xalidə; Qarayev İmran

25m Kiçik çaplı tapançadan sürətli atəş yeniyetmə qızlar arasında qızıl medal – Sultanova Zeynəb

25m Kiçik çaplı tapançadan sürətli atəş yeniyetmə qızlar arasında gümüş medal – Barxalova Sofiyə

25m Kiçik çaplı tapançadan sürətli atəş yeniyetmə qızlar arasında bürünc medal – Ömərova Əminə

Səngər stendi kişilər arasında qızıl medal: Hüseynli Əli

Səngər stendi kişilər arasında gümüş medal: Mehdizadə Sabir

Səngər stendi kişilər arasında bürünc medal: Ağazadə Mirmömin

Səngər stendi qadınlar arasında qızıl medal: Eyvazova Ülviyyə

Səngər stendi qadınlar arasında gümüş medal: Camalova Aydan

Səngər stendi qadınlar arasında bürünc medal: Rəfixanova Alina

Səngər stendi üzrə qarışıq komanda yarışı qızıl medal: Mehdizadə Sabir; Rəfixanova Alina

Səngər stendi üzrə qarışıq komanda yarışı gümüş medal: Hüseynli Əli; Camalova Aydan

Səngər stendi üzrə qarışıq komanda yarışı bürünc medal:Mədətov Kamil; Ələsgərova Rəna

Dairəvi stend atıcılığı üzrə kişilər arasında yarış qızıl medal: Ağazadə Niyaz

Dairəvi stend atıcılığı üzrə kişilər arasında yarış gümüş medal: Qurbanov Fuad

Dairəvi stend atıcılığı üzrə kişilər arasında yarış bürünc medal: Mustafayev Əli

Dairəvi stend atıcılığı üzrə qadınlar arasında yarış qızıl medal: Cəfərova Nurlana

Dairəvi stend atıcılığı üzrə qadınlar arasında yarış gümüş medal: Meftaxetdinova Riqina

Dairəvi stend atıcılığı üzrə qadınlar arasında yarış bürünc medal: Nəcəfova Sevda

Dairəvi stend üzrə qarışıq komanda yarışı qızıl medal: Mustafayev Əli; Cəfərova Nurlana

Dairəvi stend üzrə qarışıq komanda yarışı gümüş medal: Həsənov Cavid; Nəcəfova Sevda

Dairəvi stend üzrə qarışıq komanda yarışı bürünc medal: Qurbanov Fuad; Meftaxetdinova Riqina

Dairəvi stend atıcılığı üzrə yeniyetmə oğlanlar arasında yarış qızıl medal: Mahmudov Hüseyn

Dairəvi stend atıcılığı üzrə yeniyetmə oğlanlar arasında yarış gümüş medal: Jemçujnikov Maksimus

Dairəvi stend atıcılığı üzrə yeniyetmə oğlanlar arasında yarış bürünc medal: Həbibli Məhəmməd

Dairəvi stend atıcılığı üzrə yeniyetmə qızlar arasında yarış qızıl medal: Paşayeva Cəmilə

Dairəvi stend atıcılığı üzrə yeniyetmə qızlar arasında yarış gümüş medal: Ulanova Daniella

Dairəvi stend atıcılığı üzrə yeniyetmə qızlar arasında yarış bürünc medal: Novruzova Minayə

Səngər stendi yeniyetmə oğlanlar arasında yarış qızıl medal: Mədətov Kamil

Səngər stendi yeniyetmə oğlanlar arasında yarış gümüş medal: Novruzlu Mürtəza

Səngər stendi yeniyetmə oğlanlar arasında yarış bürünc medal: Bədəlov Murad

Səngər stendi yeniyetmə qızlar arasında yarış qızıl medal: Quliyeva Aylin

Səngər stendi yeniyetmə qızlar arasında yarış gümüş medal: Bədəlli Nərmin

Səngər stendi yeniyetmə qızlar arasında yarış bürünc medal: Muxtarova Nuray

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"