Nigarın ötən günləri - O, hansı əziyyətləti çəkib?

10 Sentyabr 2023 23:40 Atıcılıq 393
Nigarın ötən günləri - O, hansı əziyyətləti çəkib?

“Bu idman növünə 2004-cü ildə İradə Aşumova Afina Yay Olimpiya Oyunlarında bürünc medal qazandıqdan sonra gəlmişəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında uğur qazanan Nigar Nəsirova deyib.

Qadınlar arasında 25 metr məsafəyə mərkəzə atəş tapançasından yarışmada qızıl medal qazanan 35 yaşlı atıcı idmana gəlişini bu cür xatırlayıb:

“3 ildən sonra zədə aldım, nəticədə 9 il idmandan uzaq qaldım. 2016-cı ildə isə yenidən məşqlərə başladım.

2017-ci ildə Sloveniyada keçirilən Avropa çempionatında Ruslan Lunyovla birlikdə qarışıq komanda yarışında bürünc medal almışdım. Ardınca İslam Oyunlarında fərdi yarışda eyni uğura imza atdım.

Bundan sonra beynəlxalq yarışlarda iştirak etməyə davam etdim. Həm Ruslanla, həm də fərdi olaraq medallar qazanırdım.

Ötən il Misirdə keçirilən dünya çempionatında 50 metr məsafəyə atəş açmada bürünc medal qazandım. Bakıdakı yarışda isə qızıl medala sahib çıxa bildim”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"