Bakı polşalı ərlə arvadı nə ilə sevindirdi?

29 Avqust 2023 17:40 Atıcılıq 528
Bakı polşalı ərlə arvadı nə ilə sevindirdi?

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.

Bakı Atıcılıq mərkəzində təşkil olunan mötəbər turnirdə növbəti yarışlar keçirilir.

Bir sıra maraqlı anlarla yadda qalan dünya çempionatında daha bir xoş mənzərə yaşanıb.

Qadınlar arasında 300 metr məsafəyə tüfəngdən uzanaraq atəş açma yarışında qızıl medal Polşanı təmsil edən Karolina Romançikə qismət olub.

Bu növdə atəş açmada kişilər arasında baş tutan mübarizədə Karolinanın həyat yoldaşı Daniel Romançik də iştirak edib.

Daniel fərdi növdə atışda yarışı 8-ci pillədə başa vursa da, Polşa komandasının heyətində gümüş medal qazanıb.

Mükafatlandırma mərasimindən sonra Romançik ailəsi bir-birinə sarılaraq medalların sevincini birlikdə qeyd edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"