“Həmişə 1-2 xalım çatmır” - Bakıda atışı “qızıl” gətirən Nigar

25 Avqust 2023 23:40 Atıcılıq 399
“Həmişə 1-2 xalım çatmır” - Bakıda atışı “qızıl” gətirən Nigar

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatının 8-ci gün Azərbaycan komandası üçün uğurlu alınıb.

Qadınlar arasında 25 metr məsafəyə mərkəzə atəş tapançasından yarışında görə Nigar Nəsirova qızıl medal qazanıb.

35 yaşlı atıcı suallarımızı cavablandırıb:

- Dünya çempionu oldunuz. Təəssüratlarınız necədir?

- Qızıl medal qazanacağımı gözləmirdim. Bütün diqqətimi yarışa və işimə yönəltmişdim. Fikrim ancaq atışda idi. Açığı, həmin an nəticə barədə heç nə düşünmürdüm.

- Dünya çempionatının ölkəmizdə keçirilməsi sizə necə təsir edir? Motivasiyadır, yoxsa psixoloji gərginlik yaradır?

- Bu yarışın Bakıda keçirilməsi bizim üçün çətinlik yaradır. Çünki, hamı istəyir ki, qələbə qazanaq. Elə olanda istər-istəməz gərginlik yaranır. Həm özümüz birinci olmağı hədəfləyirik, həm də insanları sevindirmək istəyirik.

- Bu medalı kimə həsr edirsiniz?

- Ötən il nənəm vəfat etmişdi. Demişdim ki, qalib olsam, medalı ona həsr edəcəyəm.

- Paris Olimpiya Oyunlarına lisenziya almaq şansınızı necə dəyərləndirirsiniz?

- Ötən il dünya çempionatında 10 metrdən atəş açmada lisenziya qazanmaq istəyirdim. Təəssüf ki, alınmadı. Gələn il Macarıstanda keçiriləcək Avropa Çempionatında məhz Parisə lisenziya qazanmaq uğrunda mübarizə aparacağam. İnşallah, buna nail olaram. Həmişə 1-2 xalım çatmır. Ötən il Xorvaritaya təsnifatda 3-cü olub finala vəsiqə qazanmışdım. Düşünürdüm ki, medal cibimdədir. Həyəcanlandım, atışlarımı düzgün edə bilmədim. Həm medal getdi, həm də lisenziya əlimdən çıxdı. İnanıram ki, bu dəfə yaxşı olar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"