“Arzularım Bakıda yerinə yetdi, mən bunu xəyal edirdim”

22 Avqust 2023 23:40 Atıcılıq 381
“Arzularım Bakıda yerinə yetdi, mən bunu xəyal edirdim”

Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.

Bu gün kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atış növündə yarışlar keçirilib.

40 atışdan 39-nu dəqiq yerinə yetirən çinli Li Yuehonq dünya rekordunu yeniləyərək qızıl medala sahib olub.

Gümüş medala Fransadan olan atlet yiyələnib. Klement Bessaq 30 dəqiq atışla diqqət çəkib. Bürünc medalı Almaniyanı təmsil edən Florian Peter bayram edib (24 dəqiq atış).

Komanda yarışında isə Çin birinci, Amaniya ikinci, Koreya üçüncü olub.

Bu yarışda finala yüksəlmiş Çin, Estoniya, Yaponiya, Ukrayna komandasının üzvləri öz ölkələrinə “Paris-2024” Yay Olimpiya Oyunlarına iştirak üçün lisenziya qazandırıblar.

Çinli Yi Yuehonq yarış başa çatandan sonra qalibiyyətlə bağlı təəssüratlarını bölüşüb:

“Arzularım yerinə yetdi. Bu uğuru xəyal edirdim. Özümü çox xoşbəxt hiss edirəm.

Yarış mənim üçün çox yaxşı keçdi. Bu, ilk dünya çempionluğumdur.

Komanda şəklində bu uğura nail olmuşduq, amma fərd olaraq ilkdir mənim üçün”.

Mümkün 40 hədəfdən 39-unu dəqiq nişan alan 33 yaşlı atıcı növbəti hədəfindən də danışıb:

“Mənim üçün dünya çempionatında çıxış etmək çox vacibdir. Qızıl medalla dünya rekordu arasında fərq qoya bilmərəm.

Bu uğurdan sonra məqsədim Paris-2024 Olimpiadasında “qızıl” olacaq. Amma çox çətin görünür.

İndiyə qədər Olimpiadalarda iki dəfə bürünc medal qazanmışdım, bu dəfə qızıl medal üçün mübarizə aparacağam”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"