Azərbaycanlı Leyli erməniyə qalib gəldi, qızıl medal qazandı

9 Avqust 2023 10:20 Atıcılıq 1 064
Azərbaycanlı Leyli erməniyə qalib gəldi, qızıl medal qazandı

Azərbaycan atıcısı Leyli Əliyeva Belarusun paytaxtı Minskdə keçirilən 2-ci MDB Oyunlarında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma növündə bütün rəqiblərini qabaqlayıb.

Azərbaycan təmsilçisi finalda erməni atıcı Nare Qabrielyana qalib gəlib.

Əliyeva ötən ay Cənubi Koreyanın Çanqvon şəhərində gənclər arasında təşkil olunmuş Dünya Çempionatında bürünc medal əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO