
Bakı cari ilin ən böyük idman hadisəsinə hazırlaşır.
14 avqust-1 sentyabr tarixlərində Bakı Atıcılıq Mərkəzində keçiriləcək stend və güllə atıcılığı üzrə dünya ,empionatını idmansevərlərlə yanaşı, planetin ən güclü atıcıları da böyük ümid və həyəcanla gözləyir.
Beynəlxalq Atıcılıq Federasiyası (ISSF) tərəfindən hər dörd ildə bir dəfə keçirilən və dünyanın müxtəlif ölkələrindən idmançıların iştirakı üçün açıq olan tədbirdə idmançılar olimpiya və qeyri-olimpiya növləri daxil olmaqla, ümumilikdə 55 növdə medallar uğrunda öz qüvvələrini sınayacaqlar.
Nəzərinizə çatdıraq ki, Dünya Çempionatı zamanı atıcılığın 12 fərdi olimpiya növlərində “Paris-2024” Yay Olimpiya Oyunlarına 48 (hər növdə 4 lisenziya) lisenziya sahibini tapacaq.
Bu, Paris Olimpiya oyunlarına ən çox lisenziya oynanılacaq yarışdır.
HƏBİB / SPORTİNFO.AZ