Tarixə düşən qızın Bakı təəssüratları: “Buna öyrəncəliyəm” - FOTO

16 May 2023 16:00 Atıcılıq 634
Tarixə düşən qızın Bakı təəssüratları: “Buna öyrəncəliyəm” - FOTO

Ölkımizdə keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023”ün sonuncu yarış günündə qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedən atəş üzrə yarışın final mərhələsində qızıl medala Böyük Britaniya atleti Şona Makintoş sahib oldu.

İngiltərə tarixinin ən uğurlu qadın tüfəng atıcısı Sportinfo.az-a açıqlamasında Bakı küləyindən danışmaqla yanaşı, ailəlikcə bu idman növü ilə məşğul olduqlarını bildirib:

“Azərbaycana dördüncü səfərimdir. Qızıl medal qazandığıma görə sevincliyəm. Bakı bəyəndiyim şəhərdir.

Bakı Atıcılıq Mərkəzindəki atəş meydanları da dünyada ən yaxşılardandır. Düzdür, hava çox küləkli idi.

Amma mən artıq buna öyrəncəliyəm və bunun özü də bir əyləncədir. Bakının küləklər şəhəri olduğunu öncədən eşitmişdim.

Əvvəl də ölkənizdə olduğum üçün artıq hava şəraitinə öyrəncəliyəm.

Biz ailəlikcə atıcıyıq. Atam, anam, hətta böyük bacım da bu idman növü ilə məşğul olur. Şəxsin məşqçim də elə atamdır.

Böyük Britaniya tarixinin ən uğurlu qadın tüfəng atıcısı olmağım məndə əlavə təzyiq yaratmır. Əksinə, bu, mənə özünəinam verir”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti