İranlı qız Bakıda ölkəsindəki problemdən danışdı: “Sanksiya var, rahat ala bilmirik” - FOTO

15 May 2023 23:40 Atıcılıq 1 016
İranlı qız Bakıda ölkəsindəki problemdən danışdı: “Sanksiya var, rahat ala bilmirik” - FOTO

Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"də daha bir növdə mükafatçılar bəlli olub.

Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş üzrə yarışın final mərhələsi keçirilib.

Finalda üçüncü yeri almaniyalı Doren Vennekamp tutub. Gümüş medalı İran təmsilçisi Haniye Rostamiyan əldə edib.

Yarışın qalibi adını Çin idmançısı Sixuan Feng qazanıb. 38 xal toplayan atlet bütün rəqiblərini qabaqlayıb.

İran atleti Haniye Rostamiyan mükafatlandırma mərasimindən sonra Sportinfo.az-a açıqlama verərək, İrandakı problemlərdən danışıb:

“Azərbaycana beşinci səfərimdir. Üç dəfə Bakıda yarışmışam, iki dəfə Qəbələdə.

Bakıda atletlər üçün çox yaxşı şərait yaradılıb. Yarışın təşkili də yüksək səviyyədədir. Hər dəfə Azərbaycana gələndə uğurlu nəticələr əldə edirəm.

2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib olmuşdum. Bu dəfə gümüş medal qazanmağım xoş oldu.

Ümid edirəm ki, avqustda Azərbaycanda təşkil olunacaq dünya çempionatına qatılıb özüm üçün yeni uğura imza atacağam.

Budəfəki final mərhələsi mənim üçün çətin keçdi. İranda yarışlara hazırlıqla bağlı çətinlik var, sursat çatışmazlığı hökm sürür.

Sursatların İrana gətirilməsində müəyyən problemlərlə üzləşirik, sanksiya var. İranda beynəlxalq yarışlara hazırlaşmaq digər ölkələrlə müqayisədə çox çətindir.

Sursatı rahat şəkildə ala bilmirik. Bu da istər-istəməz məşqlərə və hazırlığa öz təsirini göstərir”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti