Bakıdakı Hindistan gözəli, azyaşlı çinli - FOTOLAR

14 May 2023 23:40 Atıcılıq 500
Bakıdakı Hindistan gözəli, azyaşlı çinli - FOTOLAR

Azərbaycanda atıcılıq üzrə “Dünya Kuboku 2023” turniri davam edir.

Yarışın dördüncü günündə medalçıların adlarına aydınlıq gəlib.

Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə yarışda gümüş medal hindistanlı qıza nəsib olub.

Beynəlxalq yarışlarda ilk medalına qovuşan 19 yaşlı Nansi Nansi fəxri kürsüyə qalxarkən xarici görünüşü ilə diqqət çəkib. Əsmər qızla şəkil çəkdirmək istəyən könüllülər gümüş mükafatçının “şirinliyinə” aşiq olub.

Bürünc medal qazanan çinli atlet Huang Yuting isə yarışın ən gənc medalçısı adına yiyələnib. 2006-cı ilin sentyabrında anadan olan Huangın cəmi 16 yaşı var.

Maraq üçün bildirək ki, Bakıda keçirilən dünya kubokuna mayın 15-də yekun vurulacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!