Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş üzrə yarışın qalibi bilindi

13 May 2023 15:20 Atıcılıq 378
Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş üzrə yarışın qalibi bilindi

Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"də daha bir növdə mükafatçılar bəlli olub.

Sportinfo.az xəbər verir ki, qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş üzrə yarışın final mərhələsi keçirilib.

8 idmançının medallar uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Doren Vennekamp tutub. O, mərhələni 30 xalla başa vurub.

Gümüş medalı İran təmsilçisi Haniyə Rostamiyan əldə edib. O, 33 xal qazanıb.

Yarışın qalibi isə Çin idmançısı Sixuan Feng olub. 38 xal toplayan idmançı bütün rəqiblərini qabaqlayıb.

Bu gün həmçinin kişilər arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqeyə atəş üzrə yarışın qalibi bəlli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!