"Azərbaycanda atəş açmaqdan qürur duyuram"

12 May 2023 14:20 Atıcılıq 380
"Azərbaycanda atəş açmaqdan qürur duyuram"

Bakıda keçirilən atıcılıq üzrə dünya kubokunda qarışıq komandalar növündə 10 metr məsafəyə pnevmatik tüfəngdən atış üzrə yarışda bürünc medal qazanan Türkiyədən olan atletlər – İsmail Keleş və Şimal Yılmaz açıqlama verib.

Sportinfo.az xəbər verir ki, dmançılar bunları söyləyib:

"Final mərhələsində digər komandalarla xallarımız eyni idi. Qızıl medalları yarımfinalda əldən verdik.

Üçüncülük yarışına çıxanda isə bürünc medalları qazanacağımıza şübhə etmirdik. Fikrimcə, bu gün ən yaxşı komanda biz idik.

Bürünc qazanmadıq, qızılı əldən verdik. Bakı Atıcılıq Mərkəzi 2015-ci ildə istifadəyə verilib.

O gündən bu yana hər il Bakıya gəlirəm. İl ərzində dünyanın fərqli ölkələrində azı 6-7 beynəlxalq yarışa çıxırıq.

Gördüyüm poliqonların arasında ən yaxşılarından biri buradadır. Türk dilində danışmağınız bizə rahatlıq verir.

Bizə etdiyiniz yaxşılıqlar qürurvericidir. İnşallah, avqustda Bakıda keçiriləcək dünya çempionatında da qızıl medal qazanacağıq. Bu gün qazandığım medalı 4 yaşlı oğlum Kaana həsr edirəm”.

Şimal Yılmaz dünya kubokunun Azərbaycanda keçirilməsindən məmnunluq duyduğunu deyərək, ölkəmiz və insanlarımız haqda xoş fikirlər səsləndirib:

"Milli komandada debüt edəndə 2017-ci ildə Azərbaycandakı yarışmaya qatılmışdım. Bura gələndə özümü Türkiyədəki kimi hiss edirəm.

İnsanlar cana yaxındır, bizə isti münasibət göstərirlər. Dilimizin eyni olması da işimizi asanlaşdırır.

Ona görə də Azərbaycanda atəş açmaqdan qürur duyuram. Açığı, medal qazanacağıma inanırdım.

Belə bir nəticə əldə etdiyimizə görə məmnunam. Qazandığım medalı məşqçim olan atam Alper Yılmaza və Türkiyə xalqına həsr edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"