Ukraynalı medalçı Bakıda Rusiya iləbağlı sualı eşidib kövrəldi

10 May 2023 23:00 Atıcılıq 440
Ukraynalı medalçı Bakıda Rusiya iləbağlı sualı eşidib kövrəldi

Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə “Dünya Kuboku 2023”ün final mərhələsi start götürüb.

Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda gümüş medal Alena Kosteviçə qismət olub.

Ukraynalı qalib mükafatlandırma mərasimindən sonra Sportinfo.az-a açıqlama verib:

“Medal qazandığıma görə məmnunam. Həqiqətən xoş oldu. Bakı Atıcılıq Mərkəzi bizim üçün düşərli məkandır.

Ötən ilki Dünya Kubokunda da komanda atəş növündə gümüş medal qazanmışdım.

Bir ildən çoxdur Ukrayna ilə Rusiya arasındakı siyasi vəziyyət qaydasında deyil. Hegemon ölkə ara-sıra Ukraynanı topa tutur, dinc xalqı qətlə yetirir.

Maraqlıdır, ölkəsindəki müharibə Alenanın mötəbər yarışlara hazırlaşmasına nə dərəcədə mane olur?

Təcrübəli atlet müharibə ilə bağlı sualı eşidəndə təsirlənsə də, bu barədə heç bir fikir söyləməyəcəyini diqqətə çatdırıb. Qazandığı medalı isə ailə üzvlərinə həsr edib.

Kosteviç Anna Korakaki ilə qızıl müdal uğrunda mübarizədə uduzmasını isə bu cür şərh edib:

“Həmişə birinci yeri tutmaq olmur. İdmanda hər şey mümkündür. Qalib adını qazanmaq üçün əlimdən gələni etdim. Görünür, qismətimdə gümüş medal imiş”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti