Fərid Qayıbov: “Ola bilsin..."

10 May 2023 00:50 Atıcılıq 503
Fərid Qayıbov: “Ola bilsin..."

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən güllə atıcılığı üzrə Dünya Kuboku-2023-ün açılış mərasimindən sonra jurnalistlərə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, nazir bunları deyib:

"Dünya Kuboku artıq ənənəvi hal daşıyır. Keçən il çempionatda da 60-dan artıq ölkənin iştirakı ilə keçirilən çempionatı xatırlayırsınız.

Bu il də belədir. Azərbaycan Atıcılıq Federasiyasına təşəkkür etmək istəyirəm ki, yarışlarımız yenə də yüksək səviyyədə təşkil olunur.

Ola bilsin, builki dünya çempionatını da məhz Azərbaycana həvalə edilməsinin səbəblərindən biridir. Avqust ayında Azərbaycanda lisenziya xarakterli, irimiqyaslı yarış keçiriləcək.

Bu münasibətlə federasiyanı təbrik edirəm. Bu yarışlar ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilində keçirilir.

Simvolik haldır ki, güllə atıcılığı üzrə olimpiadada yeganə qızıl medalımız məhz ulu öndərin prezidentliyi dövründə əldə olunub. İnanıram ki, medallarımızın sayı olimpiya oyunlarında artacaq”.

Atıcılıq mərkəzini gəzən nazir dünyada az sayda belə məkanın mövcudluğunu və buranın böyük yarışları qəbul etmək gücündə olduğunu da bildirdi:

"Federasiyamız dünya kubokuna yaxşı hazırlaşmışdı. Təşkilat komitəsi yaradılıb. Dünyada bunun kimi, 6-8 kompleks var.

Bunu saxlamaq var. Hər dəfə müəyyən dəyişikliklərə ehtiyac olur. Federasiya tərəfindən hansı dəyişikliklərin həyata keçirildiyini mənə göstərdilər.

Tam hazırıq. Beynəlxalq Atıcılıq Federasiyasının nümayəndəsi də dedi ki, yarışlar çox yüksək səviyyədə təşkil olunub”.

Digər Xəbərlər
Xəbər Lenti