Tətbiq ediləcək yeni qaydalar Bakıda qüvvəyə minəcək

21 Aprel 2023 02:50 Atıcılıq 524
Tətbiq ediləcək yeni qaydalar Bakıda qüvvəyə minəcək

Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) Paris-2024 Olimpiya Atıcılıq Tədbirləri qaydalarındakı yeniliklərin ilk olaraq Bakıda keçiriləcək Dünya Kuboku yarışlarında tətbiq ediləcəyini bəyan edib.

Sportinfo.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin rəsmi təsdiqindən sonra Tokio-2020-də tətbiq edilmiş qaydalarla bərabər, yeni qaydalar da bir sənəddə toplanaraq, ISSF saytında yerləşdirilib.

“Atletlərin, məşqçilərin və rəsmi şəxslərin 8 may 2023-cü il tarixdən etibarən Bakıda qüvvəyə minəcək qaydalarla tanış olmaları üçün Qaydalar kitabçasını dərc edirik” – Beynəlxalq Federasiyanın bəyanatında yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti