Bakıya gələn qızlardan TÜKÜRPƏRDƏN JEST - FOTOLAR

5 İyun 2022 19:40 Atıcılıq 2 629
Bakıya gələn qızlardan TÜKÜRPƏRDƏN JEST - FOTOLAR

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda maraqlı hadisə yaşanıb.

Qadınların komanda növündə 25 metr məsafəyə atəşaçmada qızıl medallara ukraynalı qızlar sahib olub.

İkinci yerə Tayland yiyələnib, bürünc medallar Cənubi Koreyadan olan atıcılara qismət olub.

Taylandlı qızlar final qarşılaşmasında və medalların təltifetmə mərasimində Ukraynaya dəstək nümayiş etdirib.

Belə ki, asiyalı zərif cinsin nümayəndələri atış sahəsinə başlarında rəqib komandanın ölkəsinin bayrağındakı sarı-göy rəngli bantlarla çıxıb. Yarış zamanı atıcıların başında kepka olduğundan, bu, o qədər də diqqət çəkməyib.

Medalların təltifetməsi mərasimində qızların jesti açıq-aydın görünüb ki, onların bu addımı zaldakıların təəccüb və sevinci hissi ilə qarşılanıb.

Ukraynalı qadınlar mətbuata açıqlamalarında taylandlıların bu addımından qürur duyduqlarını dilə gətirib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!