
“Azərbaycanda keçirilən yüksək səviyyəli yarışda iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm.
Turnirin keçirildiyi Bakı Atıcılıq Mərkəzi müasir standartlara cavab verir və iştirakçılar üçün hər bir şərait yaradılıb".
Bu sözləri Sportinfo.az-a açıqlamasında Bakıda atıcılıq üzrə keçirilən dünya kubokunda 10 metr məsafəyə tüfəngdən atəşaçma yarışında qadınlar arasında qızıl medal qazanan fransalı Osean Müller deyib.
19 yaşlı atlet gələcək hədəfi barədə də danışıb:
“Turnirin səviyyəsi yüksəkdir, burada ciddi rəqabət var. Bakıda qazandığım qızıl medal mənim üçün qiymətlidi. Əsas hədəfim isə Paris Olimpiadasıdı”.
10 metr məsafəyə tüfəngdən atəşaçma yarışında qadınlar arasında polşalı Aneta Stankeviç gümüş, Rumıniya təmsilçisi İli Laura-Georgeta bürünc medala sahib olub.