Bakıya gələn qızlardan finala qalanlar - FOTOREPORTAJ

29 May 2022 14:29 Atıcılıq 573
Bakıya gələn qızlardan finala qalanlar - FOTOREPORTAJ

Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb.

Sportinfo.az xəbər verir ki, 10 m tüfəng atıcılığı üzrə kişilər arasında yarışda serbiyalı Lazar Kovaçeviç 16:14 hesabı ilə xorvatiyalı Miran Mariçiçi önləyərək qızıl medal qazanıb.

Yarışın gümüş medalçısı Miran Mariçiç, bürünc medalçısı qazaxıstanlı İslam Usseynov olub.

10 m tüfəng atıcılığı üzrə qadınların finalında fransalı Osean Müller rəqibi polşalı Aneta Stankeviçə 16:12 hesabı ilə qalib gəlib. Rumıniyalı İli Laura-Georgeta bürünc medal sahibi olub.

Qadın və kişilər arasında 10 m tapança atıcılığı üzrə finallar bu gün keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!