Azərbaycanda bu federasiya daxili işlər nazirinə tapşırıldı - FOTOLAR

15 Dekabr 2021 23:00 Atıcılıq 945
Azərbaycanda bu federasiya daxili işlər nazirinə tapşırıldı - FOTOLAR

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov qurumun son illərdəki fəaliyyəti barədə hesabat verib.

Ardınca federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov federasiyanın yeni prezidenti seçilib.

Konfransda həmçinin, İsmət Əliyev və Zemfira Meftahəddinova federasiyanın vitse-prezidentləri, Ruslan Lunyov, Aynur Cəfərova, Əli Hüseynli və Rəsul Məmmədov isə İdarə Heyətinə üzv seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Sonda Vilayət Eyvazov göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəsisslərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"