Bakıda keçiriləcək dünya çempionatının təqvimi müəyyənləşdi

7 İyun 03:20 Atçılıq 414
Bakıda keçiriləcək dünya çempionatının təqvimi müəyyənləşdi

Bakıda iyunun 7-dən 13-nə qədər keçiriləcək çövkən üzrə dünya çempionatınının təqvimi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qrup mərhələsinin oyunları iyunun 7-11-də baş tutacaq.

Yarımfinal qarşılaşmalarına iyunun 12-də start veriləcək. Final və 3-cü yer uğrunda görüşlər isə iyunun 13-də keçiriləcək.

Turnirdə mübarizə aparacaq 10 komanda iki qrupa bölünüb. A qrupunda Nigeriya, Uruqvay, Türkiyə, Niger və Polşa yer alıblar. B qrupunda isə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Çili və Küveyt yığmaları mübarizə aparacaqlar.

Şövkən üzrə dünya çempionatının bütün oyunları Binə Atçılıq Mərkəzində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!