Azərbaycan millisi dünya çempionatına harada hazırlaşacaq?

5 May 04:00 Atçılıq 618
Azərbaycan millisi dünya çempionatına harada hazırlaşacaq?

Çövkən üzrə Azərbaycan millisi Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplaşına başlayır.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasından bildirilib.

Hazırlıq prosesinin birinci mərhələsi mayın 5-20-si aralığını əhatə edəcək.

Bildirilib ki, bu mərhələdə bərabərlik prinsipinə uyğun olaraq Peşəkar Çövkən Liqasında iştirak edən komandaların hərəsi ən güclü 2 idmançısını yığmanın baş məşqçisi Əli Tatlıyevin ixtiyarına göndərib.

Bu isə yığmanın qapılarının bütün komanda və idmançıların üzünə açıq olması, onlar üçün şans deməkdir. Toplanışın gedişi zamanı özünü doğrultmağı bacarmayan idmançılar başqaları ilə əvəzlənəcək.

May ayının 20-də təlim-məşq toplanışının birinci mərhələsi yekunlaşacaq. Baş məşqçi 20 nəfərlik heyətdən ən güclü 10 nəfəri təsdiqləyib onlarla dünya çempionatına hazırlaşacaq.

Dünya çempionatı iyunun 7-13-ü aralığında Binə Atçılıq Mərkəzində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız