Olimpiya çempionu Azərbaycana gələcək - "Bakı-Xankəndi" üçün

4 Mart 04:40 Atçılıq 671
Olimpiya çempionu Azərbaycana gələcək -

2012-ci ildə olimpiya çempionu olmuş velosipedçi Aleksandr Vinokurov "Bakı-Xankəndi" beynəlxalq yarışı üçün Azərbaycana gələcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib.

52 yaşlı veteran idmançı qonaq qismində ölkəmizə səfər edəcək. A.Vinokurov turnirin favoriti hesab edilən Qazaxıstanın "XDS Astana" komandasının baş meneceridir.

"Bakı-Xankəndi" yarışında ümumilikdə 21 ölkədən 25 komanda mübarizə aparacaq. Onların arasında 1 Dünya Turu, 7 Pro-kontinental, 16 kontinental və Azərbaycan yığması yer alır.

Mayın 10-14-ü aralığında təşkil olunacaq Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Bakı-Xankəndi" yarışı 21 şəhər və rayonu əhatə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız