Bakıda satışa çıxarıldı - Necə və haradan almaq olar?

08:20 Atçılıq 44
Bakıda satışa çıxarıldı - Necə və haradan almaq olar?

2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-Prisi üçün “Early Bird” – erkən bilet satışına start verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

24-26 sentyabr aralığında baş tutacaq yarış üçün biletləri www.azerbaijangp.com üzərindən əldə etmək mümkündür.

Bakı Şəhər Halqasının rəsmi vebsaytı və mobil tətbiqi vasitəsilə tətbiq olunan eksklüziv 20%-lik “Early Bird” endirimi 15 dekabr tarixinədək qüvvədədir.

Azarkeşlər 4 günlük bilet əldə etməklə hər il olduğu kimi 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi imkanı əldə edəcək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından görmək imkanı qazanacaqlar.

2025-ci il yarış həftəsonunda 90 min tamaşaçı ilə son 9 ilin ən yüksək iştirak göstəricisi qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Dekabr 18:10 Çək və bizə göndər!