“Mən komandanın qərarlarına hörmət edirəm”

19 Sentyabr 2025 04:30 Atçılıq 700
“Mən komandanın qərarlarına hörmət edirəm”

Formula 1 Azərbaycan Qran-Prisi öncəsi ilk mətbuat konfransı bu gün baş tutub.

Sportinfo.az xəbər verir ki, pilotlar komanda strategiyaları, Bakı şəhər trasının özünəməxsus xüsusiyyətləri və yarışdan gözləntiləri barədə fikirlərini bölüşdülər.

McLaren sürücüsü Oskar Piastri komanda daxilində aparılan müzakirələrin önəmini vurğulayıb:

“Komandanın qərarlarına hörmət edirəm və bütün güvənim onlardadır. Mənim əsas diqqətim öz performansımı yaxşılaşdırmaqdır”.

Sürücülər, həmçinin, Bakı şəhər trasının uzun düzlükləri, kəskin əyləc zonaları və rəqabətli ötüşmə imkanları ilə unikal olduğunu qeyd ediblər.

Konfrans mövsümün qalan yarışlarında mümkün çempionluq mübarizəsi və gələcəkdə sprint yarışlarının formatı ilə bağlı suallarla yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız