Komandanın məsləhətçisi nikbindir: "Bu, bizim üçün bir az daha çətindir”

16 Sentyabr 04:10 Atçılıq 407
Komandanın məsləhətçisi nikbindir: "Bu, bizim üçün bir az daha çətindir”

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandasının məsləhətçisi Helmut Marko Bakıdakı yarışla bağlı nikbindir.

Sportinfo.az "Motorsport"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Maks Ferstappenin İtaliya Qran-prisində qalib gəlməsindən sonra digər yarışlarda rəqabət apara biləcəklərini söyləyib.

O, hazırkı dövrdə hər şeyin mümkün olduğunu vurğulayıb:

"Bakı və bu sürətli treklər üçün çox nikbinəm. Sinqapur indiyədək qalib gəlmədiyimiz yeganə yarışdır və yavaş traslar bizim üçün bir az daha çətindir.

Amma inanıram ki, hazırkı dövrdə hər şey mümkündür. Tempi davam etdirə bilsək, əksər treklərdə rəqabət apara bilərik".

Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2