Bakıda 48 saat ərzində 31000-dən çox müraciət etdilər - FOTOLAR

03:50 Atçılıq 109
Bakıda 48 saat ərzində 31000-dən çox müraciət etdilər - FOTOLAR

Sportinfo.az xəbər verir ki, Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisi 2025 üçün təşkil olunan Könüllü Proqramının növbəti mərhələsi yekunlaşıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, bu il könüllü olmaq üçün cəmi 48 saat ərzində 31 000-dən çox müraciət daxil olub.

Onlardan təxminən 16 000 namizəd ərizəsini uğurla tamamlayaraq müsahibə mərhələsində iştirak edib.

8 həftə ərzində intensiv həyata keçirilən müsahibələr çərçivəsində yüzlərlə görüş baş tutub və namizədlər müxtəlif istiqamətlər üzrə qiymətləndirilib.

Müsahibə mərhələsinin nəticələri yaxın günlərdə namizədlərin şəxsi kabinetlərinə yerləşdiriləcək. Seçim nəticələri barədə məlumat əldə etmək üçün iştirakçılara şəxsi hesablarına daxil olmaları tövsiyə olunur.

Azərbaycan Qran Prisi 19 - 21 sentyabrda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 18:10 Çək və bizə göndər!