Azərbaycana qayıdan tanış sima titullu klubdan niyə ayrıldı?

7 Fevral 2025 20:40 Araz-Naxçıvan 2 342
Azərbaycana qayıdan tanış sima titullu klubdan niyə ayrıldı?

Azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan Əyyub Allah karyerasını yenidən ölkəmizdə davam etdirəcək.

İlyarım “Qəbələ”nin şərəfini qorumuş 29 yaşlı futbolçu növbəti dəfə Elmar Baxşıyevin rəhbərliyi altında top qovacaq.

2023-cü ilin yanvarından 2024-cü ilin mayına qədər bölgə təmsilçisinin uğurları üçün tər tökmüş Allah ötən yay Moldova “Şerif”i ilə müqavilə bağlamış, avrokubok oyunu çərçivəsində yeni komandasının heyətində “Zirə”yə qarşı oynamışdı.

Əyyubun yenidən Azərbaycana dönüşü Moldovanın köklü klubunda şans qazanmaması, yaxud özünü göstərə bilməməsi ilə bağlı deyil.

O, Azərbaycanda yaşamağı və daha səviyyəli liqada oynamağı “Şerif”də qalmaqdan üstün tutub. Hər halda, statistika belə deyir.

Mərakeşli yarımmüdafiəçi komandasının Moldova çempionatında keçirdiyi 14 oyunun 11-də forma şansı qazanıb ki, bunların 5-də əsas heyətdə yer alıb. O, bu görüşlərdə aktivinə 4 qol və 2 assist yazdırıb.

Avrokuboklarda “Şerif” 6 oyun keçirib. Allaş 3-ü “11-lik”də olmaqla bütün matçların iştirakçısı olub. Komandasına 1 qol və 1 məhsuldar ötürmə ilə fayda verib.

Beləliklə, “Araz-Naxçıvan”ın yeni transferi 5 ay şərəfini qoruduğu Tiraspol təmsilçisində 17 qarşılaşmada şans qazanmaqla 5 qol və 3 assistlə yadda qalıb. Hər halda, yarımmüdafiəçi üçün yaxşı göstərici sayıla bilər.

İşin pis tərəfi odur ki, səbəbkar sonuncu dəfə ötən ilin noyabrında meydana çıxıb.

Əyyubun “Şerif”lə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulmuşdu.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır