“Neftçi”nin futbolçusu Maradona ilə bağlı xatirəsini paylaşdı - VİDEO+FOTO

28 Noyabr 2020 15:00 Araşdırma 425
“Neftçi”nin futbolçusu Maradona ilə bağlı xatirəsini paylaşdı -  VİDEO+FOTO

“Neftçi”nin sabiq futbolçusu, hazırda “Sabah”da Müşahidə Şurasının üzvü olan İqor Ponomaryov iki gün əvvəl dünyasını dəyişmiş əfsanəvi Dieqo Maradona ilə bağlı xatirəsini paylaşıb.

Sportinfo.az xəbər verir ki, o, “facebook” paylaşımında 1979-cu ilin 7 sentyabrında Yaponiyanın paytaxtı

Tokioda keçirilmiş yeniyetmələr arasında dünya çempionatının finalını xatırladıb.

Ponomaryov Argentina – SSRİ matçının 76-cı dəqiqəsində cərimə zərbəsindən qol vurmuş Dieqo Maradonanın sevinc anını paylaşıb.

Həmin matçda hesabı 52-ci dəqiqədə İqor Ponomaryov açıb (o həmin mundialda dörd qol vurub – S.M.). Bundan sonra üç qol vuran Argentina millisi 3:1 qalib gələrək yeniyetmələr arasında dünya çempionu olub.

Mundialda altı qol vurmuş və komanda yoldaşı Ramon Diasdan (səkkiz qol vurub – S.M.) sonra ikinci bombardir olmuş yeniyetmə Dieqo Maradona isə həmin dünya çempionatının Qızıl Top mükafatını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti