Dağıntı və təlafat yoxdur - RƏSMİ AÇIQLAMA

5 İyul 2023 07:10 Araşdırma 940
Dağıntı və təlafat yoxdur - RƏSMİ AÇIQLAMA

İlkin məlumata əsasən, zəlzələ ilə əlaqədar olaraq dağıntı və təlafat barədə məlumat daxil olmayıb.

Bu barədə FHN-dən bildirilib.

İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti