Bu hadisə Qurbanov, Berdıyev və Qriqorçuka xoş olmadı

26 Avqust 2024 01:20 Araşdırma 2 183
Bu hadisə Qurbanov, Berdıyev və Qriqorçuka xoş olmadı

Dünyanın ən güclü məşqçilərinin yeni siyahısı açıqlanıb.

Sportinfo.azxəbər verir ki, planetin 500 ən güclü mütəxəssisin olduğu siyahıda Azərbaycandan 4 baş məşqçi var.

Cədvəldə yeganə azərbaycanlı olan Qurban Qurbanovun aktivində 1668 xala var. Ötən siyahı ilə müqayisədə 7 xal itirən və 9 pillə geriləyən "Qarabağ"ın 52 yaşlı baş məşqçisi 147-ci pilləni tutur.

Azərbaycanda çalışan mütəxəssislər arasında ən yaxşı nəticə "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevə məxsusdur. Aktivində 1790 xal olan tatar məşqçi 57-ci yeri tutur. Berdiyev 6 xal itirərək 2 pillə geriləyib.

Milli komandamızın baş məşqçisi Fernandu Santuş mövqeyini qoruya bilib. Portuqaliyalı mütəxəssis 1624 xalla 183-cü yerdə qərarlaşıb.

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk da geriləyib. Bir xal itirən və iki pillə geriləyən ukraynalı 1480 xalla 421-cidir.

Qeyd edək ki, siyahıya "Mançester Siti"nin Pep Qvardiola başçılıq edir - 2240 xal.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti