Ermənistan ordusu Azərbaycanla sərhəddən geri çəkilir?

31 İyul 2024 07:20 Araşdırma 838
Ermənistan ordusu Azərbaycanla sərhəddən geri çəkilir?

Ermənistan ordusunun Azərbaycanla sərhədin bəzi hissələrində yerləşən mövqelərdən geri çəkilməsi barədə xəbərlər yayılıb.

Bu barədə xəbərlər Ermənistanın müxtəlif media orqanlarında, ermənilərə məxsus teleqram kanallarında paylaşılıb.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin qüvvələri Qarakilsə (Sisian) istiqamətində bəzi yerlərdən geri çəkilib. Həmçinin Arazdəyən (Yerarsx) istiqamətində də geri çəkilmənin olduğu deyilir.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib etsə də, yerli sakinlər sözügedən ərazilərdə mühəndis texnikalarının azaldığını bildirir. Sakinlər mətbuata deyib ki, sözügedən mövqelərdə heç bir qüvvə qalmayıb.

Yerli nəşrlər, həmçinin yazır ki, sözügedən ərazilərə Müdafiə Nazirliyinin əvəzinə Sərhəd Qoşunlarının hərbçiləri cəlb ediləcək. Ancaq hələlik bu barədə rəsmi məlumat yoxdur.

Vətən müharibəsindən sonra Ermənistanın Azərbaycanla sərhədinin bəzi hissələrində Rusiya sərhədçiləri yerləşdirilmişdi.

Ancaq İrəvan müxtəlif səviyyələrdə Rusiyadan sərhədçilərin çıxarılmasını, onların əvəzinə öz sərhədçilərinin yerləşdirilməsini istəyir.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!