COP29

Azərbaycanda yenə zəlzələ gözlənilirmi? - AÇIQLAMA

1 Dekabr 2023 12:50 Araşdırma 346
Azərbaycanda yenə zəlzələ gözlənilirmi? - AÇIQLAMA

Son günlər Azərbaycanda tez-tez kiçik maqnitudalı zəlzələlərin baş verməsi cəmiyyətdə müəyyən narahatlıq yaradıb.

Mingəçevir ərazisində 4.5 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

Bir sözlə, cəmiyyətdə zəlzələ ilə bağlı qorxuya əsas varmı?

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli musavat.com-a açıqlamasında bildirib ki, cəmiyyətdə zəlzələlərlə bağlı qorxuya əsas yoxdur:

“Kiçik zəlzələlərin olması daha yaxşıdır, nəinki sakitlik olsun, orada güclü enerji toplantısı getsin və sonradan güclü zəlzələ baş versin.

Yəni bloklar arasında dərinlik qırılması tektonik qırılmalarla bağlıdır, enerjilərin boşalması da daha yaxşıdır, nəinki sakitlik. Təlaşa ehtiyac yoxdur. Katastrofik zəlzələ ehtimalı yoxdur”.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"