
Bir neçə saatdan sonra “Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxacaq.
Avropadakı fəxrimizin rəqibi Norveç futbolunun adlı-sanlı klublarından olan “Molde”dir.
Avrokubok təmsilçilərinin bu komandadan ehtiyatlanmasının əsas səbəbi “ağ-göylər” üçün ev və səfər anlayışının olmamasıdır. Yəni “Molde” səfər qarşılaşmalarında da uğurlu nəticələr qazanmağı bacarır.
Bunu görmək üçün uzağa getməyə gərək yoxdur. Norveçlilərin 2021-ci ilin yayından bu yana avrokuboklardakı səfər oyunlarında qeydə alınan nəticələrə baxmaq kifayətdir.
Servett (İsveçrə) – Molde 2:0
Trabzonspor (Türkiyə) – Molde 3:3
Elfsborq (İsveç) – Molde 1:2
Kişvarda (Macarıstan) – Molde 2:1
Volfsberger (Avstriya) – Molde 0:4
Gent (Belçika) – Molde 4:0
Şamrok Rovers (İrlandiya) – Molde 0:2
Yurqarden (İsveç) – Molde 3:2
HİK (Finlandiya) Molde 1:0
Kİ (Farer adaları) – Molde 2:1
Qalatasaray (Türkiyə) – Molde 2:1
Statistikadan da göründüyü kimi, “Qarabağ”ın rəqibi son 3 mövsümdə yad meydanda keçirdiyi oyunlarda qapazaltı statusu ilə barışmayıb. Avstriya, İsveç, İrlandiyadan olan rəqiblərini məğlub edib, “Trabzonspor”la heç-heçə oynayıb.
Amma bir şey var ki, “Molde” son 4 səfər qarşılaşmasının hamısında meydanı məğlub tərk edib. Cari avrokubok mövsümündə səfərdə bütün komandalara boyun əyib.
İstənilən halda “Qarabağ” Nprveç təmsilçisindən ehtiyatlanmalı, 2020-ci ildəki yenilgini unutmamalıdır.
HƏBİB / SPORTİNFO.AZ