İkinci müharibədən sonra Qarabağda nə qədər mina tapılıb?

5 Sentyabr 2023 08:00 Araşdırma 482
İkinci müharibədən sonra Qarabağda nə qədər mina tapılıb?

İkinci Qarabağ müharibəsindən sonra indiyədək 96 min hektardan çox ərazi minalardan təmizlənib.

Bunu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Onun sözlərinə görə, indiyədək 30 minə yaxın piyada eleyhinə, 17 minə yaxın tank əleyhinə mina və 40 minə yaxın partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

V.Süleymanov bildirib ki, Vətən müharibəsindən sonra 305 nəfər mina qurbanı olub, onlardan 57 nəfəri həyatını itirib, qalanları müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti