“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin bir addımlığındadır.
Ötən həftə Lyublyanada “Olimpiya”nı 2:0 hesabı ilə məğlub edən “köhlən atlar” bu axşam cavab qarşılaşmasına çıxacaq.
Ağdamlıların səfərdə qalib gəlməsi futbolsevərlərdə, bəlkə də futbolçuların özündə belə mərhələnin adlanması ilə bağlı arxayınlıq yarada bilər. Arxayınlığa lüzum yoxdur.
Bəzi komandalar səfər matçlarında qələbə qazanmaqda çətinlik çəksə də, “Olimpiya” belələrindən deyil.
Bu komanda indiyə qədər avrokubok görüşləri çərçivəsində üz tutduğu müxtəlif ölkələrdə qalibiyyəti bayram etməyi bacarıb.
2011-ci ilin yayında beynəlxalq arenalarda istiraş edən Sloveniya təmsilçisi bu müddətdə səfərdə 22 oyun keçirib. Bu matçların 9-da məğlubiyyətə üzülübsə, 7-də heç-heçə oynayıb. Digər 6 görüşü isə qələbə ilə başa vurub.
Yəni, “Qarabağ”ın rəqibi səfərdəki 22 oyunun cəmi 9-da uduzub. Odur ki, “Qarabağ”ın üzvləri bu rəqibi mütləq və mütləq ciddiyə almalıdır.
Bu axşam keçiriləcək “Qarabağ” – “Olimpiya” oyunu saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

