Bakıda tramvay yolları ilə bağlı YENİLİK

29 Avqust 2023 19:30 Araşdırma 1 605
Bakıda tramvay yolları ilə bağlı YENİLİK

"Tramvay yollarının istifadəyə verilməsi müzakirə edilən məsələlərdəndir. Bu istiqamətdə yaxın illərdə addımların atılacağı gözləniləndir. Bunun üçün infrastruktur genişləndirilməlidir".

Bunu BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, Bakının bəlli yerlərində, xüsusən Avropa şəhərlərində olduğu kimi tramvay xətlərinin istifadəyə verilməsi vacib məsələdir:

"Bu həm nəqliyyatdakı tıxacın azaldılması, həm də şəhərin dizaynı baxımdan məqsədəuyğun olardı.

Eyni zamanda ictimai nəqliyyatın dənizdən istifadə səviyyəsinin artırılması, ayrıca yolların ayrılması tıxacların qarşısının alınmasında prioritetdir".

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?