İlkin Fikrətoğlu - Bu, o “Qarabağ”dır?

24 Avqust 2023 18:00 Araşdırma 3 771
İlkin Fikrətoğlu - Bu, o “Qarabağ”dır?

Avrokuboklarda 3-cü təsnifat mərhələsinə yekun vuruldu.

Bu mərhələdə Azərbaycanın daha 2 klubu mübarizəni dayandırdı və Avropada yeganə təmsilçimiz “Qarabağ” qaldı.

Konfrans Liqasındakı təmsilçilərimizdən “Sabah”ın çıxışını başa vurması daha çox təəssüf doğurdu. Çünki ilk oyunda adlı-sanlı

“Partizan” üzərində qazanılan qələbə “Sabah”ın növbəti mərhələyə yüksələcəyinə ümidi artırmışdı. Amma Belqradda tam fərqli oyun oldu.

Görünür, ilk oyunda həm “Partizan” “Sabah”ı lazımınca qiymətləndirməmiş, həm də öyrəşmədikləri ağır hava şəraiti serblərin Masazırda istədikləri kimi oynamasına imkan verməmişdi.

Cavab matçında isə onlar artıq “Sabah”ı ciddi rəqib kimi qəbul etmiş, baş məşqçi İqor Duyay rəqibi yaxşıca təhlil eləmişdi.

Üstəlik, “Partizan”ən ən radikal “Qrobari” ultra fanat qrupunun oyunu boykot etməsunə baxmayaraq, stadionda serb komandasını 15 minıə yaxn azarkeş dəstəkləyirdi.

Avropa səhnəsində ilk dəfə çıxış edən “Sabah”ın bu cür təzyiqə hazır olmadığı dərhal göründü. İlk matçdakı “Sabah”dan əsər-əlamət yox idi. “Partizan”lar komandamaza göz açmağa belə, imkan vermirdi.

Elə ilk qolun vurulduğu epizodu xatırlayın. Hücum dalğa-dalğa gəlirdi sanki. Həmin qolu vuran oyunçunun isə xüsusi təqdimata ehtiyacı yoxdur.

Yeri gəlmişkən, Mateus Saldanya bu matçda ən yaxşılardan idi. “Sabah”ın ən güvənilən müdafiəçilərindən Sofian Çaklanı təkbətək mübarizələrdə dəfələrlə aciz vəziyyətə salmasının şahidi olduq.

Çakla Saldanyanı yıxmağına görə 2-ci sarı vərəqəni almadısa, hakimə minnətdar olmalıyıq. Əslində, mərakeşli müdafiəçi meydandan qovulmalı idi.

Saldanya isə sanki Azərbaycana qarşı qisas hissi ilə oynayırdı. Azarkeşləri coşdurmaq falan…

Bilmirəm, “Neftçi”də ona nə ediblər, amma 5 ayda burada göstərmədiyi oyunu 110 dəqiqə “Sabah”a qarşı göstərdi.

Hücumda kəsərsiz olan “Sabah”ın arxa xətti də çoxlu səhvlərə yol verirdi. İkinci qol isə birbaşa qapıçı Yusif İmanovun rəqibə “hədiyyə”si idi.

Amma Yusifi Şahruddinə tay etmk lazım deyil. Avropada milli komanda da daxil, 5, ya 6-cı oyununa çıxır, təcrübəsizliyi ,təzyiqə dözümsüzlüyü bəzən özünü göstərirdi.

Penaltilər seriyasındakı inamsız duruşu da bundan qaynaqlanırdı. Ümid edirəm ki, hələ 20 yaşı olan Yusif belə səhvlərdən nəticə çıxarıb, daha yaxşı qapıçı kimi formalaşacaq.

28 yaşı olan Namiq Ələsgərovdan isə bundan sonra nəsə gözləməyə dəyməz. Meydanda, lap elə həyatda bəzən bir şansı belə, sənə vermirlər.

Namiqə isə hakim ikinci şansı da verdi ki, bəlkə səhvini düzəldə, onu da vura bilmədi. “Sabah” tarixndə ilk dəfə iştirak etdiyi avrokuboklarda pley-offa çıxmaqla tarix yazacaqdı, alınmadı.

Amma Avropda 4 oyundan 3-də qələbə, “Partizan” kimi təcrübəli rəübə yalnız penaltilər seriyasında məğlubiyyət - bunun özü debüt mövsümü üçün uğur sayılmalıdır.

Murad Musayevdən yeni mövsümdə daha mükəmməl “Sabah” gözləyirik.

“Neftçi”dən xüsusi bir gözləntimiz yox idi. Komanda mövsümlərarası dövrünm böyük hissəsini məşqçi axtarışına, rəhbər dəyişikliyinə həsr etdi deyə, nə düz-əməlli hazırlıq keçdi, nə də heyət formalaşdırdı.

Baş məşqçi Adrian Mutu hər dəfə komandanın normal hazırlıq keçmədiyini dilə gətirir. “Neftçi”dən “Beşiktaş”a qarşı layiqli oyun gösləyirdik, bunu da müəyyən mənada bacardılar.

Bakıdakı 3:1-lik qələbə ilə məsələni həll edən “Beşiktaş” ilk yarıda “Neftçi”yə oynamaq imkanı verdi. Mutunun komandası da bundan əla istifadə etdi, hesabda irəli çıxdı.

Amma ikinci hissədə “Beşiktaş” təzyiqi artıran kimi hər şey yerini aldı. Meydandakıların gücü tükənməyə başladı, ehtiyat qüvvə isə yoxdur.

Ona görə Muleka yıxıldı, topu qarşısına atdı, ayağa qalxdı, Koffinin başına fırlandı, qol vurdu. “Neftçi”nin nüdafiəçiləri və qapıcısı isə bu anda sanki oturub tamaşaya baxırdı.

İlk oyunda olduğu kimi, bu dəfə də ən zəiflərdən olan Ervin Koffinin meydanda nə işlə məşğul olduğu qaranlıq qaldı.

Əgər “Neftçi” bu cür legionerlərlə güclənməyi düşünürsə, onda “Qarabağ” və “Sabah”ın qarşısında işi çox çətin olacaq.

Beləliklə, “Sabah” və “Neftçi” Avropda 1 mərhələ adlamaqla, missiyalarını başa vurdu və indi rahatca Azərbaycan Premyer Liqası haqqında düşünə bilərlər.

Ümid qaldı yenə Azərbaycan futbolunun olmayan imicini qaldırmağa çalışan “Qarabağ”a. Son illərdə olduğu kimi.

Ağdam klubu Finlandiya HİK-ini Bakıda olduğu kimi, səfərdə də 2:1 məğlub etdi. Amma azarkeşi “öldürüb-dirildərək” qələbə qazandı.

Şahruddin Məhəmmədəliyev yenə öz “amplua”sında idi. Bakıdakı matçın ən yaxşılarından olan Məhəmmədəliyev sanki finlərin borcunu qaytarırmış kimi, 10-cu dəqiqədə topu onlara “hədiyyə” etdi.

Zavallı Bəhlul Mustafazadə özünü 2 dəfə zərbənin qarşısına sipər etsə də, rəqib axır ki, qapıya yol tapdı. Bəhlul bəlkə də Şahruddinə endirmək istədiyi təpiyi qapı dirəyinə vurub, hirsini öz ayğından çıxdı.

Barmağını zədələdiyinə görə də fasilədə əvəzləndi. Beləliklə, Şahruddin bir səhvlə “Qarabağ”a iki zərbə vurdu.

Qapıçı haqqında daha deyiləsi söz qalmayıb deyə, əlavə nəsə deməyəcəm.

Əsas odur ki, nəhayət, Qurban Qurvannov daşı ətəyndən töküb yeni qapıçı alınmasına razılıq verdi - hamının gözü aydın olsun, ”Bayer”dən ayrılan 32 yaşlı rusiyalı qapıçı Andrey Lunyov buradadır.

“Şahruddin dərdimiz”in bitməsi münasibətilə bütün azarkeşləri təbrik edirəm!

Məhəmmədəliyevin bəxti gətirdi ki. “Qarabağ” onun bu səhvinə görə uduzmadı, qələbə hər şeyi kompensasiya etdi. F

ransız hakimin HİK-in futbolçusunu 16-cı dəqiqədə meydandan qovması, 45-ci dəqiqədə penalti təyin etməsi də “Qarabağ”ın qələbəsində əsas rol oynadı.

2:1 hesablı qələbə və “Qarabağ” Avroliqanın pley offunda! Bu qələbəylə “Qarabağ” azı Konfrans Liqasının qrup mərhələsinədə oynayacağını qarantiyaladı və ardıcıl 10-cu dəfə qrupa vəsiqə qazandı.

Amma qələbəyə baxmayaraq, “Qarabağ”ın oyunu ümid vermədi. Aşkar görünür ki, komanda əvvəlki deyil. Avroliqanın pley offunda “Olimpiya” ilə qarşılaşmalar “Qarabağ”a çox çətin olacaq.

2018-ci ildə “Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində 2 oyunun nəticəsinə görə “Olimpiya”nı 1:0 üstələsə də, bu, o “Qarabağ” deyil.

Yaxşı ki, Konfrans Liqasının qrupu qarantiyalanıb. Yoxsa bəlkə də bu il avrokubok sezonu bizim üçün elə avqustda bitəcəkdi.

İlkin Fikrətoğlu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti